• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

29-05-2025, 23:00 | Baxılıb: 449
“Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

https://azertag.az/xeber/nexemiya_sirin_mixaeli_azerbaycanin_dovletchilik_remzi_olan_musteqillik_gunu_xalqimizin_qurur_menbeyidir-3585187
Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir


Nexemiya Şirin Mixaeli: Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Günü xalqımızın qürur mənbəyidir

Bu günlərdə ana Vətənimiz, doğma Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik Gününü qeyd etdik. Azərbaycan xalqı əsrlər boyu böyük çətinliklərdən və məşəqqətlərdən keçərək, 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstiqlal Bəyannaməsini qəbul edərək azadlığına qovuşdu və Şərqdə ilk dəfə parlamentli, demokratik respublika qurdu.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının direktoru, İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurasının rəhbəri, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədrinin birinci müavini və Akko şəhəri Dağ Yəhudiləri İcmasının sədri Nexemiya Şirin Mixaeli deyib.
O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ tanıyan ilk müsəlman ölkəsi kimi dünya demokratiya tarixində mühüm yer tutur: “Cümhuriyyətin yaranması xalqımızın dövlət qurmaq əzmini sübut etdi. Bugünkü müstəqil Azərbaycan dövləti də məhz həmin Cümhuriyyətin varisidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin ideyaların davamçısı kimi müstəqil və güclü Azərbaycan dövlətinin bünövrəsini möhkəmləndirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edərək bölgədə və dünyada söz sahibi olan bir dövlətə çevrilib”.
Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycan tarix boyu müxtəlif xalqların, o cümlədən yəhudilərin mehriban və təhlükəsiz şəraitdə yaşadığı və azad fəaliyyət göstərdiyi ölkə olub.
“Yəhudilər hər zaman Azərbaycanda özlərini azad və təhlükəsiz hiss ediblər. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri sırasında da yəhudi əsilli ziyalılar olub. Məşhur alim və Cümhuriyyətin səhiyyə naziri Yevsei Gindes bunun bariz nümunəsidir. Bu, Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir”, - deyə Nexemiya Şirin Mixaeli vurğulayıb.
O, Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, ölkəmizə daimi yüksəliş, firavanlıq və əmin-amanlıq arzulayıb.скачать dle 10.6фильмы бесплатно


449

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.