• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub

30-05-2025, 12:30 | Baxılıb: 434
“Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub

Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub
Norveçdə 28 May - Müstəqillik Günündə görkəmli bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili videolayihə hazırlanıb.
Norveçdə yaşayan azərbaycanlı musiqiçilər — pianoçu və bəstəkar Tural Rafael və pianoçu Aida Ramazanovanın hazırladığı videonun əsasını Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından seçilmiş bir hissənin iki fortepiano üçün işlənmiş orijinal interpretasiyası təşkil edib. Fortepiano üçün aranjeman və nota işləmə Tural Rafaelə məxsusdur.Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub
Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub
Videolayihənin ideya müəllifi Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Fariz Nadir Rzayevdir. Çəkilişlər onun təsis etdiyi və Norveçdə fəaliyyət göstərən “FNR Art” şirkətinin dəstəyi ilə baş tutub. Layihənin vizual tərtibatı üçün isə Almaniyadan peşəkar azərbaycanlı operator Orxan Bari dəvət olunub.
Videonun Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 May tarixində təqdim edilməsinin təsadüfi olmadığını, bəstəkarın əsərlərinin, xüsusilə “Arşın mal alan”ın Azərbaycanın zəngin musiqi irsinin təbliğində mühüm rol oynadığını vurğulayıb. Fariz Nadir Rzayev layihədən danışarkən bildirib ki, bu layihə dahi bəstəkarın irsinə ehtiram əlaməti olmaqla yanaşı, Azərbaycanın zəngin musiqi mədəniyyətinin Avropada tanıdılmasına xidmət edir.
Qeyd edək ki, Tural Rafael “Kongsberg Jazzfestival”, “Musikkfest Oslo” kimi nüfuzlu festivalların iştirakçısı olub. O, Fransa, Almaniya, İtaliya, İsveçrə kimi ölkələrdə Azərbaycan musiqisini uğurla təmsil edib. Aida Ramazanova isə Qriq Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı kimi klassik musiqi layihələrində fəal iştirak edir.
Bu layihə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
скачать dle 10.6фильмы бесплатно


434

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.