• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib

2-06-2025, 18:00 | Baxılıb: 557
“Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib

Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Diaspor.info xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsiylə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsi üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Gənclər və idman naziri Fərid Qayıbov AŞF-nin son illər ərzində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycan şahmatçılarının beynəlxalq arenada əldə etdiyi uğurlardan bəhs edib.

Konfransda, həmçinin Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası arasında geniş əlaqələrin olduğu diqqətə çatdırılıb.

AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. Sonra federasiyanın ötən il ərzində fəaliyyəti ilə bağlı qısa video nümayiş olunub.

Sonra federasiyanın üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edəb şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib.

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsinə üzv seçilib.

AŞF-nin hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra M. Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov birinci vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqlənib.

AŞF-nin nizamnaməsinə dəyişikliklər və İntizam Komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiq olunub.

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul edilib. AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə olunub.

Bununla da Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı işini yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно


557

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.