• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib

5-06-2025, 11:00 | Baxılıb: 259
“Ombudsman Aparatının nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib


Ombudsman Aparatının nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) 2025-ci il üzrə 3-cü Əlavə İnsan Ölçüsü Görüşü cari ilin 2–3 iyun tarixlərində Avstriyanın Vyana şəhərində keçirilib. “İnsan Hüquqları və Bərabərlik: Effektiv Milli Mexanizmlərin Rolu” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik hüququnun təmini sektorunun müdiri Cavidan Qorçiyev iştirak edib.
Müxtəlif ölkələrin dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının nümayəndəsi çıxışı zamanı Azərbaycanın tarixən tolerantlıq və multikultural dəyərləri ilə seçildiyini, bu dəyərlərin bu gün də qorunaraq təbliğ edildiyini vurğulayıb.
[center]Ombudsman Aparatının nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib
C. Qorçiyev, həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, qanunvericilikdə bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin aradan qaldırılmasına dair mövcud normalar, eləcə də Ombudsmanın bu sahədə malik olduğu mandat barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, 2023-cü ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə Müvəkkilin ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində səlahiyyətləri daha da genişləndirilib.
Ombudsman Aparatının nümayəndəsi Vyana şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib
Tədbir zamanı, həmçinin, Ombudsman təsisatı tərəfindən ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təbliği istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri, hazırlanmış çap materialları və videoçarxların ictimaiyyətə təqdim olunması ilə bağlı məlumat verilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
Mətbuat xidməti
скачать dle 10.6фильмы бесплатно


259

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.