• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib

5-06-2025, 12:00 | Baxılıb: 340
“Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib

Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Oman Sultanlığının Muskat şəhərində keçirilən Azərbaycan-Oman Dostluq konserti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə baş tutub. Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun və səfirliyin əməkdaşlarının, həmin ölkədə yaşayan soydaşlarımızın, eləcə də digər xalqların nümayəndələrinin qatıldığı tədbirdə ümumilikdə 300 qonaq iştirak edib.
Səfir Rəşad İsmayılov Azərbaycan və Oman arasında münasibətlərin yüksələn xətlə inkişafından danışıb. Oman Sultanlığında Azərbaycanın yeni səfirliyinin açılmasının ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağını bildirib. Belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin həm 28 May – Müstəqillik Günü, həm də konsert münasibətilə tədbir iştirakçılarına təbriki səsləndirilib.
Oman üzrə koordinator Səidə Xəlilova konsertin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılmasının ölkəmizə olan marağı artırdığını diqqətə çatdırıb.
Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın (“Royal Conservatory of Music and Art”) azərbaycanlı və digər xalqların nümayəndələrindən ibarət müəllim və şagird kollektivi məşhur klassik bəstəkarların əsərlərini səsləndirib. Görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Arif Məlikovun və Tofiq Quliyevin əsərlərini əcnəbi tələbələrin ifa etməsi rəğbətlə qarşılanıb.
Tədbir müddətində Azərbaycanın zəngin mədəni irsi, turizm potensialı, incəsənəti və tarixi abidələri haqqında göstərilən videoçarxlar qonaqların böyük marağına səbəb olub.
Sonda “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın şagird heyətinin 7 nəfərinə pul mükafatı, 5 nəfərinə sertifikat, digərlərinə isə hədiyyələr verilib.

Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
скачать dle 10.6фильмы бесплатно

340

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.