• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

5-06-2025, 12:00 | Baxılıb: 323
“Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi  maarifləndirmə tədbiri keçirilib


Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi
maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmət orqanlarının nümayəndələri üçün Xarici İşlər Nazirliyində maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və XİN-nin idarə rəisi Aysel Yaqubova məruzəçi qismində iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu, bu sahədə genişmiqyaslı islahatlar həyata keçirildiyini söyləyib. O, həmçinin bildirib ki, bu siyasəti hazırda uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 2007-ci il 18 iyun tarixli Sərəncam ilə bu tarix Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunub.
Həmçinin, qeyd edilib ki, Ombudsman tərəfindən ənənəvi olaraq hər il elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzulara dair maarifləndirmə tədbirlərinin keçirilməsi və bu məqsədlə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.
Daha sonra A.Səfixanlı tədbir iştirakçılarına Ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri, BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmləri, humanitar hüquq normalarının implementasiyası barəsində geniş məlumat verib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Tədbirdə XİN-nin idarə rəisi A.Yaqubova “Heydər Əliyev və Azərbaycanın xarici siyasətində insan hüquqları amili” adlı məruzə ilə çıxış edib.
Müzakirələr zamanı mövzu ilə bağlı XİN əməkdaşlarının sualları cavablandırılıb.


Mətbuat xidməti скачать dle 10.6фильмы бесплатно


323

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.