• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanada nəşrində “BBC” Azərbaycana qərəzli münasibətinə görə qınanıldı:

5-06-2025, 13:00 | Baxılıb: 272
“Kanada nəşrində “BBC” Azərbaycana qərəzli münasibətinə görə qınanıldı:

Kanada nəşrində “BBC” Azərbaycana qərəzli münasibətinə görə qınanıldı: “Bəlkə “BBC” Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”
“BBC” kimi qlobal nüfuza malik media qurumunun Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistana tərəfkeşlik etdiyi görünür.
Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan “BBC-nin qərəzi üzə çıxdı: Ermənistanı dəstəkləmək, qlobal yayımda İsraili ləkələmək” başlıqlı məqaləsində yazıb. Müəllif məqaləni “dünyanın ən nüfuzlu yayım orqanlarından birinin faktların təhrifi yolu ilə Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə fikir ayrılıqlarını alovlandırmasına dair araşdırma” adlandırıb.
Qeyd olunub ki, dünya mediasında saxta xəbərlər qlobal bir fenomenə çevrilib. Təəssüf ki, bu vəziyyət “BBC” kimi tanınmış və nüfuzlu media orqanına da sirayət edib. “BBC”-də bu yaxınlarda yayımlanan “Ermənistan Qafqazda Silikon Vadisi qurmağa necə çalışır?” başlıqlı məqalə bu xüsusda hər şeyi deyir. Məqalədə Ermənistanın texnoloji startapları cəlb etmək səylərinə və digər bu tip mövzulardan bəhs olunması gözlənildiyi halda əsas diqqət üç “LED” işığına qoşulmuş qutu yaradan 9 yaşlı erməni uşağına ayrılıb. Reyçel Avraham bu situasiyada məqalənin əsl məzmununu tamamilə təhrif edən başlığın seçilməsini Ermənistanı şöhrətləndirmək cəhdi kimi qiymətləndirib.
İsrailli politoloq sözügedən məkrli başlıq seçimindən əlavə “BBC”-nin məqaləsində həm Qafqazda, həm də xaricdə Azərbaycanın tərəfdarlarının hiddətinə səbəb olan məsələlərdən birinə diqqət çəkib: “2,7 milyon əhalisi ilə dənizə çıxışı olmayan Ermənistan Cənubi Qafqaz regionunda ən kiçik ölkədir və qonşuları - Azərbaycan və Türkiyə ilə sərhədləri həll edilməmiş ərazi mübahisələrinə görə onilliklər ərzində bağlıdır”. Daha sonra bununla bağlı tutarlı iradlarını bildirib. Ermənistanın coğrafi mövqeyinə, dənizə çıxışının olmamasına görə Azərbaycan və Türkiyənin məsuliyyət daşımadığını qeyd edərək həmin məsələ ilə bağlı vacib suallar ünvanlayıb: “Ermənistan sahil xəttinəmi köçürülməlidir? Yoxsa onun sərhədləri Xəzər dənizinə, Qara dənizə, hətta Aralıq dənizinə doğrumu genişləndirilməlidir? Bəlkə “BBC” Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”. Müəllif erməni təbliğat orqanında deyil, neytral olması gözlənilən nüfuzlu Britaniya media qurumunda yer alan belə bir iddianı ciddi qəbul etməyi problemli məsələ adlandırıb.
Yazıda “BBC”-nin qərəzli davranışının təkcə Azərbaycanla məhdudlaşmadığı, onların dünyagörüşünü bölüşməyən digər ölkələrə, o cümlədən İsrailə də şamil edildiyi diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://thej.ca/2025/05/28/the-bbcs-bias-exposed-favoring-armenia-and-vilifying-israel-in-global-coverage/скачать dle 10.6фильмы бесплатно


272

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.