• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vyanada “Alov ritmləri” adlı konsert keçirilib

6-06-2025, 17:00 | Baxılıb: 266
“Vyanada “Alov ritmləri” adlı konsert keçirilib

Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Avstriyanın paytaxtı Vyanada 28 May – Müstəqillik Günü münasibətilə “Cəngi” estrada folklor ansamblının təqdimatında “Alov ritmləri” adlı konsert keçirilib. Konsert Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə Avstriyada akkreditə olunmuş diplomatik korpusların, beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət, media nümayəndələri, həmin ölkədə yaşayan soydaşlarımız və musiqisevərlər qatılıblar.
İncəsənət ustalarının çıxışdan əvvəl 28 May – Müstəqillik Günü barədə məlumat verilib, Vyananın ən müasir konsert salonlarından biri olan “MuTh“-da ilk dəfə Azərbaycan musiqisinin səslənəcəyi xüsusi vurğulanıb. Bu təşəbbüsə göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edilib.
Azərbaycan Respublikasının Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı Azərbaycan muğamları əsasında caz kompozisiyaları, bəstəkar və xalq mahnılarından ibarət repertuarla çıxış edib. Tar, ud, tütək, zurna, balaban və nağara kimi Azərbaycan milli musiqi alətlərinin səsi təqdim olunan əsərlərə xüsusi gözəllik verib.
Konsertdə ifa edilən əsərlər – istər klassik caz, istər estrada, istər etno-caz, istərsə də milli Azərbaycan musiqisi tamaşaçılarda xoş təəssürat yaradıb. Bəzi avstriyalı qonaqlar Azərbaycan musiqisini ilk dəfə eşitdiklərini və valeh olduqlarını bildiriblər.

Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
Vyanada “Alov ritmləri” adlı konsert keçirilib
скачать dle 10.6фильмы бесплатно

266

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.