• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsraildən bir neçə təşkilat, lobbi, diaspor qurumu və Dağ Yəhudiləri Dini icmaları birgə şəkildə kollektiv olaraq Azərbaycan xalqına və dünya müsəlmanlarına Qurban bayramı münasibətilə təbrik ünvanlayıblar.

7-06-2025, 21:30 | Baxılıb: 577
“İsraildən bir neçə təşkilat, lobbi, diaspor qurumu və Dağ Yəhudiləri Dini icmaları birgə şəkildə kollektiv olaraq Azərbaycan xalqına və dünya müsəlmanlarına Qurban bayramı münasibətilə təbrik ünvanlayıblar.

Təbrikdə deyilir:

Bütün dost və qardaş Azərbaycan xalqını və dünya müsəlmanlarını, insanlıq tarixinin ülvi dəyərlərindən olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Qurban bayramı dünyada sülh, dostluq, paylaşmaq və yardımlaşmaq rəmzidir. Arzu edirik ki, bu ilki Qurban bayramı bütün dünyada sülh və əmin-amanlıq rəmzi olaraq yadda qalsın. Dünyamızdakı bütün problemlərin, terrorların, cinayətlərin və müharibələrin sona çatmasını, sülh və əmin-amanlığın bərqərar olmasını uca Allahdan diləyirik. Azərbaycan xalqı ilə Yəhudi xalqının, Azərbaycan dövləti ilə İsrail dövlətinin dostluğunun, əməkdaşlığın və müttəfiqliyin daha da möhkəmlənməsini arzu edir və dost və qardaş Azərbaycan xalqına xeyir, bərəkət arzulayırıq. Həmçinin etdiyiniz dualarınızın və Allah yolunda səmimi hisslərlə kəsdiyiniz qurbanlarınızın uca Allah tərəfindən qəbul edilməsini diləyirik. Azərbaycanın suverenliyi və təhlükəsizliyi daimi və möhkəm, inkişafı və yüksəlişi isə əbədi olsun.
Müqəddəs Qurban bayramınız mübarək olsun.

Yaşasın İsrail və Azərbaycanın dostluğu və qardaşlığı. AMİN



Hörmətlə,

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyi,

Qafqaz Yəhudilərinin Parlament Lobbisi,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Dini İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Dini İcması.скачать dle 10.6фильмы бесплатно


577

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.