• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliği məsələlərinə geniş yer verilib

14-06-2025, 16:30 | Baxılıb: 306
““İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliği məsələlərinə geniş yer verilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təbliği məsələlərinə geniş yer verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.
Ombudsmanın Milli Preventiv və Müstəqil Monitorinq mexanizminin fəaliyyəti çərçivəsində Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, o cümlədən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsi də daxil olmaqla 15 müəssisəyə başçəkmə keçirilib, 200-dən çox uşaqla konfidensial şəkildə söhbət aparılıb.
Başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərin araşdırılması olub, saxlanılma şəraiti qiymətləndirilib, aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə bu müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.
Bu müəssisələrdə sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, pedaqoji, tibbi-pedaqoji və sosial-hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlər monitorinq edilib, reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtın səmərəli təşkil olunması da araşdırılıb.
Başçəkmələr çərçivəsində aşkar edilmiş bir sıra problemlər yerində aradan qaldırılıb, həlli istiqamətində müvafiq tövsiyələr verilib. Monitorinqlər zamanı Ombudsman Aparatı tərəfindən nəşr olunmuş 100-ə yaxın maarifləndirici nəşr uşaqlar arasında paylanılıb.
Başçəkmələrin sonunda milli qanunvericilik və beynəlxalq standartlar əsasında müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Başçəkmələrin nəticələri əsasında təhlillər aparılacaq və müvafiq dövlət qurumlarına müraciətlər ediləcək.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


306

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.