• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Füzuli rayonuna səfər ediblər

19-06-2025, 16:00 | Baxılıb: 260
“QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Füzuli rayonuna səfər ediblər

Diaspor info xəbər verir ki, iyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunda olublar.

Nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək hava limanı ilə tanış olublar.

Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər. Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə faktlar səfər iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıblar, bütün evləri, şəhər infrastrukturunu dağıdıblar, şəhəri tamamilə yer üzündən siliblər.

Qonaqlara rayon işğaldan azad edildikdən sonra Füzuli şəhərində Baş plana uyğun olaraq Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verilib, onlar hava limanında sərgilənən stendlərlə tanış olublar Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşır. Onlar Füzuli şəhərində inşa olunan yeni yaşayış məhəllələrində məskunlaşırlar.скачать dle 10.6фильмы бесплатно


260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.