• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər

19-06-2025, 18:30 | Baxılıb: 267
“Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər

Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakıda“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər.
Səfər iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qubada ucaldılmış abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra iştirakçılar Quba "ASAN xidmət" mərkəzinə gələrək burada vətəndaşlara göstərilən xidmət və mərkəzin fəaliyyəti ilə tanış olublar.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq ziyarət edilib, məzarlıq önünə gül dəstələri qoyulub.
Ziyarət zamanı iştirakçılara ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları, habelə Quba soyqırımı məzarlığı haqqında məlumat verilib. Kütləvi məzarlığın 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edildiyi, bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinin aparıldığı bildirilib. Qeyd olunub ki, tədqiqatlar nəticəsində kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Daha sonra iştirakçılar memorial kompleksdə xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.
Yekunda qonaqlar yerli media nümayəndələrinə verdikləri müsahibələrində vaxtilə burada törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən təəssüf hissi keçirdiklərini, şahidi olduqları faktların ölkələrində, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatlarda geniş təbliğ edəcəklərini vurğulayıblar.скачать dle 10.6фильмы бесплатно


267

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.