• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Ombudsmanı Almaniyanın Federal Müvəkkili ilə görüşüb

25-06-2025, 17:00 | Baxılıb: 305
“Azərbaycan Ombudsmanı Almaniyanın Federal Müvəkkili ilə görüşüb

Azərbaycan Ombudsmanı Almaniyanın Federal Müvəkkili ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasında bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də iştirak edib.
Müvəkkil görüş zamanı insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib.
Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan bəhs edərək, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, minadan əziyyət çəkənlər arasında uşaq və qadınların olduğunu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyini bildirib. Müvəkkil dəfələrlə müraciət olunmasına baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə hələ də təqdim olunmadığını diqqətə çatdırıb.
Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını qeyd edib.
Görüş əsnasında, həmçinin qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb, görüş ikitərəfli müzakirə şəklində davam etdirilib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.скачать dle 10.6фильмы бесплатно


305

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.