• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Polad Həşimovun şəhid olmasının ildönümüdür

14-07-2025, 09:00 | Baxılıb: 185
“Polad Həşimovun şəhid olmasının ildönümüdür

Diaspor info xəbər verir ki, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun şəhid olmasının ildönümüdür.

O, iyulun 14-ü Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Qəhrəmanımız burada 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə təhsil alıb.

1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. Həmçinin 1993-cü ildə baş verən dövlət çevrilişi cəhdin qarşısının alınmasında iştirak edib. Polad Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.

Vətəninə layiqli xidmətə görə Polad Həşimov "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" medalları ilə, "Vətənə xidmətə görə" III dərəcəli orden ilə, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə "Vətənə xidmətə görə" II dərəcəli orden ilə mükafatlandırılıb. Bundan əlavə, "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub.

Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri "Polad postu" adlanır.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci il iyulun 12-si Tovuz rayonu istiqamətində düşmən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar.

Onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində isə II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə Polad Həşimovun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adını daşıyan parklar salınıb.

Hörmətlə anırıq.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.