• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

14-07-2025, 19:00 | Baxılıb: 254
““CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

“CNN Türk” televiziya kanalı Azərbaycanın təqdim etdiyi investisiya və biznes imkanları, eləcə də ölkəmizin həyata keçirdiyi layihələr ilə bağlı geniş süjet yayımlayıb.
Diaspor.info xəbər verir ki, material qardaş ölkənin bir sıra nüfuzlu media qurumlarının əməkdaşlarının Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə səfəri əsasında hazırlanıb.

Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin investisiya və iqtisadi təhlil bölməsinin müdiri Aqşin İbişsoy və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının müsahibələri əsasında hazırlanan süjetdə Türkiyə şirkətlərinin ölkəmizdə biznes qurmaları, eləcə də təklif olunan imtiyazlardan istifadə imkanlarının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan qeyri-neft sektorunda mühüm addımlar atır. Bu çərçivədə azad ticarət zonası, sənaye park və məhəllələri inşa edilib, bölgədə fabrik qurmaq istəyən hər bir sərmayədar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda 2020-ci ildə inşa edilən azad ticarət zonası investorlar üçün böyük imkanlar təqdim edir. Azərbaycanın bölgədəki 280 milyon əhaliyə sahib təxminən on ölkə ilə Sərbəst Ticarət Anlaşması olduğu bildirilən sujetdə investisiya üçün böyük imkanlar olması vurğulanıb.

Bundan əlavə, qeyd edilir ki, bölgədə investorlar üçün doqquz sənaye parkı və dörd sənaye məhəlləsi də yaradılıb. Bunlardan ən böyüyü isə Bakıya yaxın bölgə olan Sumqayıtda yerləşən Kimya Sənaye Parkıdır. Bütün atılan addımların əsas məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, bölgəmizin inkişafı, ölkəmizdə iş yerlərinin artması və neftdən asılılığı azaltmaqdır.Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında bir neçə Türkiyə şirkəti sərmayədar qismində iştirak edir. Süjetdə Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin rəhbərlərinin müsahibələrinə də geniş yer verilib. Onlar bildiriblər ki, xüsusilə son illər ərzində Azərbaycanın investorlara yanaşması dəyişərək daha çox təşviqedici siyasət izlənilib. Bununla bağlı bir çox islahatlar həyata keçirilib ki, bütün bunlar da Azərbaycanda daha etibarlı iş mühitinin yaranmasına səbəb olub. İnvestorlar müsahibələrində vergidən azad edilmənin məmnunluğunu ifadə ediblər.

Qeyd edək ki, türkiyəli jurnalistlərin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutub.скачать dle 10.6фильмы бесплатно


254

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.