• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

14-07-2025, 18:40 | Baxılıb: 337
“Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək
hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Qarabağ Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Vətəndaşların informasiya əldə etmək hüququ, bu hüququn qanunvericilik çərçivəsində tənzimlənməsi və praktiki tətbiqinə dair biliklərin artırılması məqsədilə təşkil olunmuş tədbirdə Xankəndi şəhərində, Ağdərə, Xocalı, Ağdam, Füzuli, Xocavənd, Şuşa rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları, bu ərazilərdə fəaliyyət göstərən informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri və Qarabağ Universitetinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Vüsal Səfərov və Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov giriş nitqi ilə çıxış edərək, mövzu üzrə fikirlərini bölüşüb, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı məlumat veriblər.
Daha sonra Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları təqdimatlarla çıxış edərək, Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.
İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında ətraflı məlumatlandırılıb.
Tədbirin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ombudsmanın təşəbbüsü ilə Xankəndidə “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
скачать dle 10.6фильмы бесплатно


337

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.