• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub

6-08-2025, 18:30 | Baxılıb: 302
“Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub

Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Avstriya və Sloveniya Respublikalarında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyana şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.

Paneldə diaspor gənclərinə müasir Azərbaycanın xarici siyasət strategiyası, balanslaşdırılmış yanaşma, beynəlxalq hüquqa sadiqlik və ictimai diplomatiyanın artan rolu barədə müfəssəl məlumat verilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvilərdə uğur qazanan ölkəmizin yeni nəsil diasporu müasir səriştələrə yiyələnməli və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etməlidir. Diplomatlar yeni dünya düzənində ictimai diplomatiyanın xüsusi rolunu vurğulayıb və gənclərə bu sahədə peşəkar biliklərə sahib olmanın mexanizmləri barədə tövsiyələrini çatdırıblar. Panel qarşılıqlı fikir mübadiləsi aparılması və soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub
скачать dle 10.6фильмы бесплатно

302

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.