• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib

8-08-2025, 18:00 | Baxılıb: 289
“Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan  İrsi” kitabının təqdimatı keçirilib

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib
Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın tədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycan İcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov iştirak edib.
Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi, oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. “Qərbi Azərbaycan İrsi” kitabının tariximiz və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu sahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.
Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizm aktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.
Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə çoxsaylı suallar ünvanlayıblar.
Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hədiyyələr təqdim olunub.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

скачать dle 10.6фильмы бесплатно

289

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.