• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.

10-08-2025, 16:00 | Baxılıb: 374
“ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.

Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində
Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti, professor, dirijor Yalçın Adıgözəlov, “Şöhrət” ordenli Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov olub.
Azərbaycanın mədəniyyət elçiləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını və dünya azərbaycanlı gəncləri ilə Xankəndidə bir araya gəlmələrinin qürurunu böyük şövqlə dilə gətiriblər. Gənclərə fərqli xalqlar və mədəniyyətlər arasında “mədəni körpü” rolu oynamağın sirlərindən danışılıb, qarşılıqlı anlaşma, inteqrasiya və mədəni tolerantlıq barədə tövsiyələr verilib.
Çıxışlarda hər bir xalqın kimliyinin, tarixinin, dünyagörüşünün, dəyərlərinin ifadəsi və unikallığının nümayiş etdirilməsi baxımından mədəniyyətin əvəzsiz rolu diqqət mərkəzinə gətirilib. Qeyd olunub ki, millətlərin və xalqların gücü yalnız iqtisadi və ya hərbi sahədə deyil, onun mədəni irsində də öz əksini tapır. Məhz buna görə də dünya azərbaycanlıları ölkəmizi həm də ən güclü vasitələrdən olan mədəniyyətlə təmsil etməli, ölkəmizə dostlar qazandırmalıdırlar. İştirakçılar Diaspor Gənclərinin Yay Düşərgələrinin bu baxımdan unikal bir platforma olduğunu bildirib və bu platformanın yaradılmasına görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.
İnteraktiv və səmərəli fikir mübadiləsinin aparıldığı paneldə düşərgə iştirakçısı olan xaricilərin Azərbaycan dilində danışmaları, qonaqları bəstəkar mahnıları ilə salamlamaları böyük coşğu yaradıb.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edən Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edib. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
ankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.
скачать dle 10.6фильмы бесплатно

374

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.