• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün Beynəlxalq Gənclər Günüdür

12-08-2025, 09:30 | Baxılıb: 216
“Bu gün Beynəlxalq Gənclər Günüdür

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu tarix 1998-ci ildə gənclərin işləri üzrə nazirlərin Ümumdünya Konfransının (8–12 avqust 1998) tövsiyəsinə əsasən müəyyən olunmuş, BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən hər il bu gün gənclərə diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək və cəmiyyətin bütün sahələrində iştiraklarını təşviq etmək məqsədilə dünya miqyasında geniş qeyd olunur.

Azərbaycan isə bu sahədə bir çox ölkələri qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda 2 fevral – Gənclər Günü təsis edilmişdir. Bu addım ölkəmizdə dövlət gənclər siyasətinin əsaslarının qoyulması və gənclərə yönələn diqqətin bariz nümunəsi olub.

Hazırda Azərbaycanda gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və gənclərin inkişafı üçün geniş imkanlar yaradılır. Dövlətimizin həyata keçirdiyi proqramlar gənclərin təhsil almasına, yaradıcılığını inkişaf etdirməsinə, təşəbbüskar və yenilikçi ruhla cəmiyyətə töhfə verməsinə şərait yaradır.

Beynəlxalq Gənclər Gününün keçirilməsində əsas məqsəd gənclərin həyata baxışlarını nümayiş etdirmək, onların yaradıcılığını, təhsilə olan marağını və innovativ düşüncələrini qiymətləndirməkdir. Bu yaş dövrü insanın özünü dərk etməyə, həyatla bağlı seçimlərini müəyyənləşdirməyə başladığı ən önəmli mərhələlərdən biridir. Gənclər qəlblərindəki sevgi, nifrət, məsuliyyət və cəsarət hissləri ilə həyat hekayələrini yazır, gələcəyə ümidlə baxırlar. Bəziləri qarşılaşdıqları çətinliklərdən dərs alaraq yollarına davam edir, bəziləri isə bu maneələrə görə ümidsizliyə qapılır. Ancaq unutmamalıyıq ki, həyatı gözəl və mənalı etmək bizim öz əlimizdədir.

Gənclik sadəcə bir yaş dövrü deyil, insanın ruhunda daim yaşayan bir bahardır. Bu baharı gözəl yaşamaq, onun hər anını dəyərləndirmək lazımdır. Çünki gənclik geri qayıtmayan bir nemətdir. Gələcəyimizi qurmaq üçün mübarizə aparmalıyıq. Bu gələcək yalnız bizim deyil, eyni zamanda bir xalqın, bir dövlətin taleyidir. Bu gün ölkəmizin bizə yaratdığı imkanlardan bəhrələnərək, dövlətimizə layiqli vətəndaş olmağa çalışmalıyıq.

Mən də bir gənc olaraq öz həmyaşıdlarıma və gənclərə tövsiyə edirəm:

Həyatınızı başqalarının istəklərinə uyğun yox, öz arzularınıza uyğun yaşayın. Qorxmadan yolunuzda irəliləyin, məqsədlərinizə çatana qədər mübariz olun. Ruhu gənc olan hər kəsin Beynəlxalq Gənclər Günü mübarək olsun! Gələcəyiniz daim işıqlı və uğurlu olsun!

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsiскачать dle 10.6фильмы бесплатно


216

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.