O BİR QƏHRƏMANLIQ GÖSTƏRDİ VƏ FOTOSU İLƏ GÜNÜN ADAMI SEÇİLDİ.

Söhbət FHN əməkdaşı Cavidan Mehdiyevdən gedir. Cavidan əslində öz işini görür, sevdiyi peşəsinin peşəkarı olduğunu cəsarəti ilə bir daha sübut edir.
Məlum olduğu kimi bu günlərdə Sədərək ticarət mərkəzinə çox yaxın bir yerdə, Binə ticarət mərkəzinin anbarlarında yanğın baş vermişdi. Bu yanğın çox sürətlə ətrafa yayılmağa başlayırdı. Hadisə yerinə ən yaxın məsafədə olan Qaradağ yanğınsöndürənləri qıssa müddətdə yanğının daha da yayılmasının qarşısını ala bildilər. Əlbəttə ki, bu yanğınsöndürənlərdən böyük əmək, cəsarət tələb edirdi. Cavidan Mehdiyevin komandası sözün hər bir mənasında qəhrəmanlıq nümayiş etdirərək FHN tarixinə adlarını qızıl hərflərlə yazdıra bildilər.
Onun işi bitdikdən sonra yorğun halda əyləşib su içərkən çəkildiyi fotosu isə günün fotosu kimi bir çox mediada yayıldı və gündəm oldu.
Cavidan Mehdiyevi oxucularımıza yaxından tanıtmaq üçün onun haqqında məlumatı təqdim edirik:-
Mehdiyev Cavidan Fazil oğlu 31.01.2002-ci il Balakən rayon Qazma kəndində anadan olub .2008 -ci ildə Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin 1 -ci sinfinə qəbul olub .2016 -cı ildə Balakən rayon Humanitar və Texniki təmayüllü lisey qəbul olub və 2019 -cu ildən həmin liseyin 11- ci sinfini bitirdikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daxil olub.Akademiyada təhsil aldığı müddətdə akademiya rəisi tərəfindən təhsildə fərqləndiyinə görə bir neçə dəfə təşəkkürə layiq görülüb .25.06.2023 -ci ildə daxili xidmət leytenantı rütbəsini alıb və xidməti fəaliyyətinə Fövqəladə Hallar Nazirıiyinin Yanğından Mühafizə Xidmətinin Qaradağ RDYMH -də yanğınsöndürmə növbəsinin rəisinin köməkçisi, daha sonra isə yanğınsöndürmə növbəsinin rəisi kimi xidmətini davam etdirib. 25.06.2025 -ci il tarixində Fövqəladə Hallar naziri tərəfindən növbəti daxili xidmət baş leytenantı rütbəsi verilib. Xidməti müddəti ərzində özü və rəisi olduğu növbənin şəxsi heyəti ilə müəyyən yanğınlarda iştirak etmiş və onların qarşının alınmasında peşəkarlıq göstərmişdir . 24.08.2025 ci il tarixdə Sədərək ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş vermiş yanğında hadisə yerinə çatan ilk qrup olmuş və yanğın yerində yüksək saylı çağrı vermişdir. Hal -hazırda Fövqəladə Hallar Nazirliyinin akademiyasının magistratura səviyyəsində təhsilini davam etdirməkdədir.
Əlmaniz Ələkbərli
Baş redaktor