• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xankəndidə inşa ediləcək Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası ilə bağlı detallar açıqlanıb

2-09-2025, 19:00 | Baxılıb: 249
“Xankəndidə inşa ediləcək Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası ilə bağlı detallar açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndidə tikiləcək yeni, 3 mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək.
Diaspor.info bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılacaq. Binada müasir texniki təminatlı geniş iş otaqları, vətəndaşların qəbulu, toplantılar keçirmək üçün şərait təmin olunacaq.

Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq. Baş İdarə kompleks şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir memarlıq və urbanistika konsepsiyalarının tətbiqinə, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, mədəni və tarixi irsin qorunmasına, həmçinin yaşayış üçün rahat və funksional şəhər məkanlarının yaradılmasına cavabdehdir. Buradan regionun dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması, həmçinin əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün əsas planlaşdırma və nəzarət mexanizmləri idarə olunacaq. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan bina yeni mərhələdə dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağımızın və Şərqi Zəngəzurun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.

Artıq beş ildir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən bu proqram yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir. Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr yenidən dirçəldilir. Bu tikinti dalğasının davamı olaraq 2025-ci ilin sentyabr ayında Xankəndi şəhərində daha bir mühüm və rəmzi layihənin gerçəkləşdirilməsinə başlanılır. Belə ki, uzun illər separatçı rejimin qondarma "Xarici İşlər Nazirliyi"nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb və yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq. Binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma "respublika" elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.скачать dle 10.6фильмы бесплатно


249

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.