• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Macarıstan sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq

9-09-2025, 21:00 | Baxılıb: 241
“Azərbaycan və Macarıstan sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq

Məlum olduğu kimi, sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Bununla bağlı Diaspor.info-nun sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, hər iki qurum 2022-ci il 3 fevral tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu və 2023-cü il 30 yanvar tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun müddəalarından irəli gələrək, 2025-2027-ci illər ərzində bir neçə istiqamət üzrə əməkdaşlığın həyata keçirilməsinə dair qərara gəlib.

Bunlar sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi, zoonoz xəstəliklərin qarşısının alınması və baytarlıq preparatlarına nəzarət üzrə qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, zoonoz xəstəliklərin laborator diaqnostikası və risk təhlili sahəsində qarşılıqlı təcrübənin təşviqi, heyvanların ixracı zamanı karantin meydançalarında işin təşkili və ixracdan öncə həyata keçirilən baytarlıq tədbirləri üzrə əməkdaşlıq, baytarlıq nəzarətində olan yüklərin idxal-ixracına dair məhdudiyyətlər, eləcə də ölkələrin epizootik vəziyyəti barədə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsidir.

Həmçinin Fəaliyyət Planında qeydiyyatı tələb olunan məhsulların (yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları, təbii mineral sular), bitki mühafizə vasitələri (o cümlədən pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr), baytarlıq preparatları) qeydiyyat prosedurlarına dair təcrübə mübadiləsi, bitki karantini və mühafizəsi, o cümlədən invaziv növlərin aşkarlanması sahəsində informasiya mübadiləsinin gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin təşviqi də nəzərdə tutulub.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə hər iki qurum ildə ən azı bir dəfə ikitərəfli məsləhətləşmələr aparacaq. Tədbirlər Planı imzalandığı gündən etibarən 2027-ci il dekabrın 31-dək qüvvədə olacaq.скачать dle 10.6фильмы бесплатно


241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.