• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib

15-09-2025, 16:00 | Baxılıb: 236
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzində şagird və gənclərin biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, eləcə də sosial fəallıqlarının dəstəklənməsi məqsədilə bir sıra maarifləndirici təlimlər keçirilib.
İlk təlimi mərkəzin direktoru və təlimçi Çiçək Hüseynova “Gender bərabərliyi və erkən nikah” mövzusunda aparıb. Gənclərə erkən nikahın mənfi nəticələri, təhsildən kənarda qalmaq, sosial inkişafın məhdudlaşması, insan hüquqlarının pozulması kimi mövzular barədə ətraflı məlumat verilib.
Növbəti təlimi Gürcüstan Azərbaycanları İnteqrasiya Mərkəzinin təlimçisi Anar Mustafayev “Süni intellekt və onun əhəmiyyəti” mövzusunda keçib. Təlim iştirakçıları süni intellektin mahiyyəti, gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolu barədə geniş bilgilər əldə edib, mövzu ətrafında müzakirələr aparıblar.
“İngilis dilini daha asan öyrənməyin yolları” mövzusunda təşkil olunan təlimdə isə xarici dil öyrənmənin effektiv üsulları, yadda saxlama texnikaları və gündəlik praktik məşqlərin əhəmiyyəti barədə faydalı məqamlar təqdim olunub.
Təlimlərin sonunda iştirakçılar öz təəssüratlarını bölüşüb, qazandıqları bilik və bacarıqları gələcəkdə necə tətbiq edəcəkləri barədə fikir mübadiləsi aparıblar.
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində həyata keçirilən bu təşəbbüslər gənclərin fərdi inkişafına dəstək verməklə yanaşı, onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasına töhfə verməyi hədəfləyir.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib
скачать dle 10.6фильмы бесплатно

236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.