• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib

16-09-2025, 10:00 | Baxılıb: 253
“Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Azərbaycan və Özbəkistanın Mədəni irsi” layihəsinin icrasını başa çatdırıb. Sentyabrın 7-9-da layihə çərçivəsində Səmərqənddə forum və bir sıra digər tədbirlər keçirilib.

Diaspor.info xəbər verir ki, Səmərqənd Beynəlxalq Biznes Mərkəzində keçirilən forumda Səmərqənd merinin müavini Rano Toşniyozova “Mədəni irs sənətkarlığının dövlət tərəfindən qorunması”, Səmərqənd Şəhər Ədliyyə İdarəsinin şöbə müdiri Səncər Buriyev “Özbəkistanda QHT-lərə dövlət dəstəyi”, Leyla Khazari Qalereyasının direktoru Leyla Musayeva “Cəmiyyətdə sənətkarlığın rolu”, Demokratik Proseslərin Təhlili Mərkəzinin Səmərqənd regional bölməsinin rəhbəri Eler Uluqmurodov “Yeni Özbəkistanda gender siyasətinin sosial əsasları”, “Sara Xatun” İctimai Birliyinin sədri Pərvanə Mustafayeva “Əlilliyi olan şəxslərin sağlam cəmiyyətə inteqrasiyası”, Səmərqənd Şəhər Məşğulluq və Yoxsulluğun Azaldılması İdarəsinin rəis müavini Erkin Toşbotirov “Dövlət orqanları və QHT-lərin sosial tərəfdaşlığı” mövzularında çıxışlar ediblər.

Forum “sənətkarlıqdan sahibkarlığa”, “Özbəkistanda milli sənətkarlığın inkişafı”, “Özbəkistan-Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində Azərbaycan Mədəniyyət Mərkəzinin rolu” və digər mövzularla davam edib.

Növbəti gün Forum çərçivəsində Səmərqənd Beynəlxalq Turizm Mərkəzində Beynəlxalq xalq sənətkarlığı sərgisinin açılışı baş tutub. Sərgidə Azərbaycan və Özbəkistan dizaynerlərinin hazırladığı milli geyimlər, zərgərlik nümunələri və xalçalar nümayiş etdirilib, ustad sənətkarların iştirakı ilə master-klasslar keçirilib.

Sentyabrın 9-da isə Səmərqənddəki emalatxanalarda sənətkarlarla görüşlər təşkil olunub, ustad dərsləri keçirilib.

Səfərin sonuncu günü Səmərqənd şəhərinin başçısı Fəzliddin Umarov ilə görüş keçirilib, Azərbaycan və Özbəkistanın zəngin mədəni irsinin, ortaq ənənələrinin önəmi vurğulanıb. Səfər çərçivəsində Özbəkistan Qadın və Qızlar Assosiasiyasının sədri Nəsibə Miradilova və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.скачать dle 10.6фильмы бесплатно


253

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.