ZAQATALA UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ MÖHTƏŞƏM KONSERT VERİB.
Bu günlərdə Zaqatala rayon Heydər Əliyev mərkəzində “Zaqatala Uşaq İncəsənət Məktəbi” Üzeyir Hacıbəyov-140, Musiqi gününə həsr edilən konsert proqramı verib. Tədbirdə Zaqatala RİH başçısının müavini Vəfa Süleymanova, Şəki-Zaqatala regional mədəniyyət idarəsinin rəhbəri Emil Bədəlov, Azərbaycan Yazıçılar Birliyi Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərli, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri də iştirak edib.
Tədbiri giriş sözüylə açan Zaqatala uşaq incəsənət məktəbinin direktoru Günel Abbasova açaraq qonaqları salamlayıb. Və bu konsertin dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 140-cı ildönümü, Musiqi gününə həsr edildiyini deyib. Konsert proqramı o qədər mükəmməl hazırlanmışdı ki, bir nəfər belə çıxışı zamanı çaşmadı. Əksinə yeni səslər eşidildi, Müslüm Maqamayev, Rəşid Behbudovun səsinə bənzər səslər tamaşaçılara xüsusi keyf verdi. 
Tədbirin sonunda Zaqatala RİH başçısının müavini Vəfa Süleymanova çıxış edərək konsert proqramına belə möhtəşəm hazırlaşmalarına görə onlara öz təşəkkürünü bildirdi. Zaqatala Uşaq İncəsənət Məktəbi 20-09-2025-ci ildə Balakən Uşaq incəsənət məktəbinin zalında konsert proqramı ilə çıxış edərək balakənliləri də feyziyab edəcəkdir.


















Diaspor info
Zaqatala bürosu