• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Stokholmda Azərbaycan musiqisi səslənib

23-09-2025, 16:00 | Baxılıb: 209
“Stokholmda Azərbaycan musiqisi səslənib

Stokholmda Azərbaycan musiqisi səslənib
İsveçin paytaxtı Stokholmda yerləşən Hallvyul Muzeyində (Hallwylska Museet) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Şimal və Şərqin harmoniyası” adlı konsert keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, SAF Cəmiyyətinin təşkilatçılığı və İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.
Konsertdə İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının nümayəndələri və yerli musiqisevərlər iştirak ediblər.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə nümayəndəsi Ayda Əmir Haşimi açılış nitqi ilə çıxış edərək, Üzeyir Hacıbəylinin musiqi irsi və onun Azərbaycan mədəniyyətinə töhfəsindən danışıb. “Üzeyir Hacıbəyli Avropa klassik musiqisi ilə Azərbaycan xalq musiqisini birləşdirən ilk bəstəkardır və onun musiqisinin Stokholmda səslənməsi simvolik məna daşıyır”, -deyə Ayda Əmir Haşimi qeyd edib.
Konsertdə Aynur Məlikova, İtaliyadan gəlmiş pianoçu Serjio Lapedota, soprano Burcu Kuru, bas Lennart Forsen, fleytaçı Katrin Sponqberq, skripkaçı İrena Lemos və nağara ifaçısı Filip Hakimov çıxış ediblər.
Üzeyir Hacıbəylinin “Arazbarı” və “Sevgili canan” əsərləri, Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Muğam”, “Məhəbbət rəqsi”, “Min bir gecə” baletindən fraqment, Arif Məlikovun “İki ürək dastanı” baletindən “Komdenin arzuları” parçasının ifası böyük şövq yaradıb. Konsert zamanı Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Skandinaviya bəstəkarları Emil Höqren, Ture Ranqström, Qunnar de Frümeri və Edvard Qriqin əsərləri də ifa olunub.
Konsertdə bəzi əsərlərin İsveçin ən qədim royallarından birində ifası əlamətdar məqam kimi yadda qalıb.

Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
Stokholmda Azərbaycan musiqisi səslənib
скачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.