• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

25-09-2025, 17:00 | Baxılıb: 156
“Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Kanadanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Toronto Universitetində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə bağlı “Sülhün Əks-sədası” adlı tədbir keçirilib. Tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Anım tədbirində Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, Pakistanın Torontodakı baş konsulu Khalil Ahmed Bajwa, Azərbaycanın BMT-dəki sabiq daimi nümayəndə müşaviri, tarixçi İlqar Məmmədov, “Vətən” Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova və Kanadadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Qonaqlar çıxışlarında Anım Gününün tarixi əhəmiyyətindən danışıblar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun böyük Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin həmin gün başladığını xatırladıblar. Qəlbləri Vətənlə döyünən soydaşlarımızın dünyanın müxtəlif ölkələrində şəhidlərimizin qəhrəmanlığını və Vətən qarşısında misilsiz xidmətlərini yad etdikləri dilə gətirilib. Dünyada sülhün və əmin-amanlığın bərqərar olunmasına dair çağırışlar səsləndirilib.
Amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun təqdimatında “Şuşa” sənədli filmi nümayiş olunub. O, həmçinin kamançada Azərbaycan muğamından nümunələr ifa edib.
Tədbirin sonunda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri və gənclərin iştirakı ilə hazırlanan bədii kompozisiya təqdim olunub.

Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
скачать dle 10.6фильмы бесплатно

156

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.