• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib

29-09-2025, 13:00 | Baxılıb: 262
“Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib

Marneulidəki Azərbaycan Evində Anım Günü tədbiri keçirilib
“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı tədbir və eyni adlı qısa tamaşa nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, Marneuli Bələdiyyə məclisinin sədr müavini Tariyel Məmmədov eləcədə Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri, 44 günlük Vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzvləri və ziyalılar iştirak ediblər. 
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək 1990-cı illərdən davam edən Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib, tarixi torpaqlarımızın qısa müddət ərzində işğaldan azad edildiyini bildirib. 
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanda yaşayan azərbaycanlıların müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycana mənəvi dəstək göstərdiklərini, Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda Azərbaycanla həmrəylik nümayiş etdirdiklərini qeyd edib.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət adlandırıb və Ağ Evdə baş tutan tədbirin bu zəfərin təntənəsinə çevrildiyini bildirib.
Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər. 
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov şəhid ailələrinə göstərilən diqqət və qayğının dinimizin və milli-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsi olduğunu xüsusi qeyd etdilər.
Tədbirin davamında ictimai-siyasi xadimlər — Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov və digər çıxışçılar söz alaraq, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldığını vurğulayıblar. 
Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı qısametrajlı tamaşa nümayiş etdirilib. Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda həsr olunub. Məktəblilərin ifasında təqdim olunan səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.
Tamaşada rol alan məktəblilər “Azərbaycan Evi” tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

скачать dle 10.6фильмы бесплатно

262

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.