• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fərid Osmanov: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir

1-10-2025, 15:00 | Baxılıb: 245
“Fərid Osmanov: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir

Fərid Osmanov: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində davamlı tədbirlər həyata keçirir.

Diaspor.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafında əsas elementlərdən biri məhz startapların maliyyə resurslarına əlçatanlığının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ düşüncənin formalaşdırılması və insan kapitalının inkişafı ilə yanaşı, innovasiya infrastrukturunun qurulmasıdır:

"Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun yaradılması bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu çərçivədə "Azərbaycan İnnovasiya Mərkəzi" konsepsiyası hazırlanıb. Hazırda Bakıda və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Fəaliyyətin davamı olaraq Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin də açılışı reallaşdırılıb.

Bizim üçün xüsusilə vacib məqam ondan ibarətdir ki, bu cür mərkəzlər universitet və elmi institutların tərkibində yaradılır. Çünki dövlət, universitet və biznes əməkdaşlığı üzərində qurulan belə təşəbbüslər dayanıqlı inkişafı təmin edir. Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəzdə informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyəti üçün iş otaqları ayrılıb, həmçinin startap ideyalarının reallaşdırılması üçün texnoloji laboratoriyalar qurulub. Agentlik bu laboratoriyaları lazımi avadanlıqlarla təmin edib. Bundan başqa, Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları da hazırlanıb".

İRİA sədri əlavə edib ki, bu fəaliyyətdə əsas məqsəd ölkənin bütün regionlarında innovasiya ekosisteminin əlçatanlığını təmin etməkdir:

"Biz inanırıq ki, Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəz yalnız Naxçıvan üçün deyil, bütövlükdə ölkənin bütün universitetləri və biznes icmaları üçün yeni imkanlar açacaq. Startap mühitinin formalaşdırılması istiqamətində birgə tədbirlər gələcəkdə də davam etdiriləcək".скачать dle 10.6фильмы бесплатно


245

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.