• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elvin Hacıyev: Naxçıvanda yaradılan innovasiya mühiti ekosistemin inkişafına böyük töhfə verəcək

1-10-2025, 16:00 | Baxılıb: 275
“Elvin Hacıyev: Naxçıvanda yaradılan innovasiya mühiti ekosistemin inkişafına böyük töhfə verəcək

Naxçıvanda yaradılan innovasiya mühiti qısa müddətdə ekosistemin inkişafına böyük töhfə verəcək.
Diaspor.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.

O qeyd edib ki, mərkəz həm prototipləşdirmə labarotoriyası, həm də innovasiya funksiyalarını həyata keçirəcək:

"Bu gün Naxçıvan Dövlət Universiteti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi fəaliyyət nəticəsində təsis edilmiş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu, bizim agentliyin dəstəyi ilə ölkədə qurulan üçüncü bu tipli innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində oxşar formatlı mərkəzlər təsis edilib.

Burada iki kompüter otağı təsis edilib. Bununla yanaşı, altı prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb. Həmçinin burada 3D printerlər, sens avadanlıqları və daha çox halter startapların və layihələrin prototipləşdirmə işlərinin icra edilməsi üçün lazım olan texniki təchizat təmin edilib. Mərkəz istər innovasiya, istərsə də texnologiya istiqamətində bir çox proqramlara və layihələrə ev sahibliyi etməyi planlaşdırır".

Şöbə müdirinin sözlərinə görə, yeni yaradılan mərkəz ölkənin regionlarının inkişafında, xüsusilə də innovasiya mədəniyyətinin formalaşdırılmasına, startap quruculuğuna, sahibkarlığın inkişafına böyük töhfə verəcək:

"Hər bir gənc, tələbə və universitetdən kənar fəaliyyət göstərən istənilən şəxs öz ideyasını gerçəkləşdirmək üçün ona lazım olan dəstəyi əldə edəcək. Həmin şəxslər universitetin məsul şəxslərindən mentorluq və təlim dərsləri alacaqlar. Bu tip mərkəzlər ümumilikdə beynəlxalq praktikada da çox effektlidir. İnanırıq ki, qısa müddətdə Naxçıvandakı innovasiya mühitinin ekosistemin inkişafına böyük töhfəsi olacaq".скачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.