• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib

2-10-2025, 10:00 | Baxılıb: 287
“Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib

Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hatay və Kahramanmaraş şəhərlərində bir sıra rəsmi görüşlər keçirib.
Hatay vilayətinin Payas rayonunda Kaymakam Kürşad Karaca və Payas Bələdiyyəsinin sədri Bekir Altanla görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb. Payas şəhərindəki küçələrdən birinə "27 Sentyabr", parklardan birinə isə "Zəfər" adının verilməsi təşəbbüsü irəli sürülüb. Təklif müsbət qarşılanaraq Bələdiyyə Məclisinin gündəliyinə daxil edilib.
Nümayəndə heyətinin növbəti görüşləri Kahramanmaraş valisi Mükerrem Ünlüer, Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel və Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım ilə olub. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluq ifadə olunub, xüsusilə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.
Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında hər zaman bir-birinin yanında olduğu vurğulanıb. Xüsusilə cari ilin iyununda Kahramanmaraşda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin, Heydər Əliyev adına məktəbin açılışının və Azərbaycan Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimlərinin keçirilməsi qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.
Görüşdə Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Xalq artisti Samir Cəfərov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, dosent Mərziyyə Məmmədli, müəllim Həmran Əmirli və digər şəxslər iştirak ediblər.
Görüşlərin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
Dövlət Komitəsinin nümayəndə heyəti Hatay və Kahramanmaraşda rəsmi görüşlər keçirib
скачать dle 10.6фильмы бесплатно

287

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.