• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ rəsmilərinə Anım Günü ilə bağlı məlumatlandırıcı məktublar göndərilib

2-10-2025, 11:30 | Baxılıb: 262
“ABŞ rəsmilərinə Anım Günü ilə bağlı məlumatlandırıcı məktublar göndərilib

ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası 27 Sentyabr – Anım Günü ilə əlaqədar məlumatlandırıcı məktub kampaniyası keçirib. Kampaniya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların əziz xatirəsinə həsr olunub.
ABŞ Prezidenti Donald Trampa, eləcə də senatorlara və konqres üzvlərinə göndərilən məktublarda uzun illər ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığı, nəticədə bir milyondan çox insanın doğma yurdlarını tərk etməyə məcbur olduğu vurğulanıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi və hazırda uğurla davam etdirilən “Böyük Qayıdış” proqramı diqqətə çatdırılıb. Həmçinin azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmin ərazilərin minalardan təmizlənmə prosesi haqda bilgilər verilib.
Məktublarda ABŞ-nin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri yüksək qiymətləndirilib və bu dəstəyə görə təşəkkür ifadə olunub.
Azərbaycan-Amerika Gənclər Federasiyası Azərbaycan ilə ABŞ arasında sülh, ədalət və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini bəyan edib.скачать dle 10.6фильмы бесплатно


262

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.