• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİN: Hesabda şübhəli əməliyyat olduqda polisə məlumat verilməlidir

6-10-2025, 14:00 | Baxılıb: 200
“DİN: Hesabda şübhəli əməliyyat olduqda polisə məlumat verilməlidir

Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.

Bu barədə Diaspor.info-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməlidir:

"Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin".

"Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın",- deyə məlumatda qeyd edilib.скачать dle 10.6фильмы бесплатно


200

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.