• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub

15-10-2025, 16:00 | Baxılıb: 214
“Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub

Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub
Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı və İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.
Kopenhagendəki “Albertslund” Mədəniyyət Mərkəzindəki konsertdə Azərbaycan və türk diasporlarının nümayəndələri, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Səfər Əliyeva musiqinin milli kimlik və qürur hissi ilə birləşdiyi bu tədbirin önəmini diqqətə çatdırıb. O, İkinci Qarabağ müharibəsinin xalqımız üçün həmrəylik və qürur nümunəsi olduğunu vurğulayaraq, “Qələbə keçmişə hörmət, gələcəyə inam rəmzidir, musiqi isə bu Zəfərin səsidir”, – deyə qeyd edib.
Türkiyənin Danimarkadakı Səfirliyinin birinci katibi Özgür Kafadar da çıxışında tədbirin əhəmiyyətindən bəhs edib və bu kimi mədəni təşəbbüslərin xalqlar arasında dostluq və anlaşmaya töhfə verdiyini bildirib.
Tədbirin proqramında pianoçu Aynur Məlikova, Azərbaycandan gedən opera müğənnisi Aytac Şıxəlizadə və isveçli fleyta ifaçısı Katrin Yohanssonun ifasında Üzeyir Hacıbəylinin və digər Azərbaycan və Skandinaviya bəstəkarlarının əsərləri səsləndirilib. Musiqi nömrələri sülh, dostluq və mədəniyyətlərarası körpü ideyasını əks etdirib.
Üzeyir Hacıbəylinin yaradıcılıq irsini davam etdirən Fikrət Əmirov, Niyazi və Arif Məlikovun əsərlərinin ifası da tədbirdə böyük şövq yaradıb.

Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub
Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub
Qarabağ zəfəri Kopenhagendə Üzeyir bəy musiqisi ilə qeyd olunub
скачать dle 10.6фильмы бесплатно


214

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.