• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Laqodexidə təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərilib

21-10-2025, 17:30 | Baxılıb: 306
“Laqodexidə təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərilib

Laqodexidə təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) cari ilin 27 sentyabr tarixində Qabal çayının daşması nəticəsində zərər çəkən Laqodexi rayonunun bir sıra kəndlərinə humanitar yardım göndərib.
Fəlakətdən zərər çəkən Qabal, Gəncəli, Uzuntala, Qaracalar və başqa bir sıra kəndlərin sakinlərinə ADDF-in dəstəyi, “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ərzaq məhsulları və digər zəruri ləvazimatlar paylanılıb.
Mərkəzin rəhbəri Yavər Məmmədov humanitar yardımın 120 ailəyə, o cümlədən gürcü kəndlərinin sakinlərinə çatdırıldığını deyib.
“Bizim kəndlərimiz əsrlər boyu qonşuluq və mehriban şəraitdə yaşayıb. Təbii ki, ağır və çətin günlərdə belə bir-birimizə daim dayaq olmuşuq. Bu minvalla çıxışımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər”,- deyə Yavər Məmmədov bildirib.
Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə mer nümayəndəsi Ramiz Amirov göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ADDF-ə təşəkkür edib.
Bundan əlavə, Vazisubani kəndinin sakinlərinə də yardım göstərilib. Gürcü icmasının nümayəndələri Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, iki ölkə arasında dostluq və qardaşlıq ənənələrinin bu gün də davam etdiyini vurğulayıblar. скачать dle 10.6фильмы бесплатно


306

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.