• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın bioetika sahəsində təcrübəsi Avrasiya Konqresində yüksək qiymətləndirilib

23-10-2025, 10:00 | Baxılıb: 245
“Azərbaycanın bioetika sahəsində təcrübəsi Avrasiya Konqresində yüksək qiymətləndirilib

Azərbaycanın bioetika sahəsində təcrübəsi Avrasiya Konqresində yüksək qiymətləndirilib

Ötən həftə Özbəkistan Respublikasında, Avrasiya Uşaq Həkimləri Federasiyasının təşəbbüsü ilə “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XII Avrasiya Uşaq Həkimləri Konqresi keçirilib.
Buxara şəhərində baş tutan mötəbər elmi forumda Rusiya, Belarus, Çin, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Moldova və digər ölkələrdən olan ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin əməkdaşları, ali təhsil ocaqlarının professor-müəllim heyəti, pediatrlar, uşaq cərrahları, allerqoloq-immunoloqlar, səhiyyə təşkilatçıları, eləcə də məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışan həkimlər iştirak ediblər.
Ölkəmizi konqresdə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə təmsil edib. O, həm də Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti qismində açılış mərasimində çıxış edərək, ölkəmizdə tibbi bioetikanın inkişafı və onun tibb təhsilinə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb.

Azərbaycanın bioetika sahəsində təcrübəsi Avrasiya Konqresində yüksək qiymətləndirilib

Təranə xanım çıxışında qeyd edib ki, bioetika Azərbaycanda getdikcə daha böyük elmi və praktiki əhəmiyyət qazanan bir sahədir. Onun sözlərinə görə, xüsusilə uşaq sağlamlığı kimi həssas istiqamətlərdə etik qərarların düzgün verilməsi üçün tibb işçilərinin etik biliklərinin formalaşdırılması vacibdir. O, həmçinin vurğulayıb ki, Azərbaycan Pediatrlar Assosiasiyası son illərdə bioetikanın tibb təhsilinə sistemli şəkildə inteqrasiyası istiqamətində mühüm təşəbbüslər həyata keçirib. Assosiasiya mütəxəssisləri bu sahəyə dair tədris proqramlarının hazırlanmasında fəal iştirak edir, metodik vəsaitlər, dərsliklər və etik təlim materiallarının hazırlanmasına müəllif və redaktor kimi töhfə verirlər. Bundan başqa, gənc pediatrlar və rezidentlər üçün bioetika üzrə ixtisaslaşmış təlimlər və seminarlar təşkil olunur.
Təranə Tağı-zadə bildirib ki, həkim yalnız diaqnoz qoyan deyil, həm də etik qərar verən şəxsdir. Bu xüsusilə uşaq pasiyentlərə münasibətdə qərarvermə qabiliyyəti olmayan şəxslərlə işləyərkən daha yüksək məsuliyyət tələb edir. Bu səbəbdən, onun fikrincə, etik biliklər tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Konqresdə Azərbaycanlı mütəxəssislər – İnarə Makayeva və Həmidə Abbasova da məruzələrlə çıxış edərək uşaq sağlamlığının qorunması, profilaktika və kompleks yanaşma mövzularında fikir mübadiləsində iştirak ediblər. Tədbirdə müasir pediatriyanın ən aktual istiqamətləri – uşaqların sağlamlıq vəziyyəti və tibbi yardım modellərinin regional xüsusiyyətləri, yenidoğulmuşlara tibbi yardımın təşkili, sağlam uşağın inkişafı və düzgün qidalanma prinsipləri, uşaq cərrahiyyəsində innovativ texnologiyalar, nadir genetik xəstəliklərin diaqnostika və müalicə imkanları, eləcə də pediatriyada etik-hüquqi məsələlər, klinik farmakologiya və bioetika kimi mövzular müzakirə olunub.
Konqres çərçivəsində “Avrasiya ölkələrinin gənc alimləri müsabiqəsi” də təşkil edilib. Müsabiqədə 35 yaşadək tələbələr, rezidentlər və aspirantlar iştirak edərək öz elmi işlərini təqdim ediblər.
Bu nüfuzlu elmi tədbirin həmtəşkilatçıları sırasında Azərbaycan Pediatrlar Assosiasiyası da yer alıb. XII Avrasiya Uşaq Həkimləri Konqresinin İdarə Heyəti tərəfindən tədbirin işində fəal iştirakına görə Təranə Tağı-zadəyə təşəkür məktubu ünvanlanıb.
Qeyd edək ki, Ötən il Avrasiya Uşaq Həkimləri Federasiyasının və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan və 600-dən çox iştirakçının qatıldığı XI Avrasiya Uşaq Həkimləri Konqresi Bakıda keçirilib.скачать dle 10.6фильмы бесплатно


245

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.