• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib

24-10-2025, 13:00 | Baxılıb: 254
“Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib

Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib
Almaniyanın paytaxtı Berlində Avropanın müxtəlif ölkələrindən peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və Macarıstandan olan boksçular gərgin mübarizə aparıblar.
Çempionatın əsas qarşılaşması Maqdeburq şəhərində təsis edilən Ulu Öndər Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) dünya kəməri uğrunda baş tutub. Həlledici döyüşdə almaniyalı Yastin Şmager macar Ruben Romai ilə qarşılaşıb. O, doqquzuncu raundda rəqibini nokdaunla məğlub edərək WBCA-nın orta çəki dərəcəsi üzrə dünya kəmərinə sahib olub.
Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitənin dəstəyi ilə fəaliyyət göstərən Diaspor Boks Liqasının (DBL) rəhbəri Yaşar Niftəliyev mükafatlandırma mərasimində bu nüfuzlu turnirin 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində Yaşar Niftəliyev və Karl Heins Kräftın təşəbbüsü ilə təsis olunub. Təşkilatın məqsədi Ulu Öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini həyata keçirmək, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, onların digər millətlərdən olan həmkarları ilə dostluq əlaqələrini möhkəmləndirmək, eləcə də Ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən nüfuzlu boks mükafatları sırasına çıxarmaqdır.

Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib
Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib
Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib
скачать dle 10.6фильмы бесплатно

254

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.