• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BDYPİ: Müəyyən olunmayan yerlərdə ötməyə cəhd göstərmək toqquşma riskini kəskin artırır

24-10-2025, 12:00 | Baxılıb: 196
“BDYPİ: Müəyyən olunmayan yerlərdə ötməyə cəhd göstərmək toqquşma riskini kəskin artırır

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri ötmə qaydalarına riayət olunmasıdır. Ötmə əməliyyatı yalnız icazə verilən, təhlükəsiz və görünüş məsafəsinin aydın olduğu yerlərdə həyata keçirilməlidir. Lakin müşahidələr göstərir ki, bəzi sürücülər bu tələbləri nəzərə almadan müəyyən olunmayan yerlərdə ötməyə cəhd göstərirlər. Belə hallarda qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riski kəskin artır və nəticədə çox zaman faciəvi hadisələr baş verir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Diaspor.info-ya verilən məlumatda bildirilib.

“Unutmaq olmaz ki, yol nişanları və xətlənmələr təsadüfən tətbiq edilmir, onların hər biri hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, qəza riskini azaltmaq və insan həyatını qorumaq məqsədi daşıyır. Müəyyən olunmayan yerdən ötmə təkcə inzibati qayda pozuntusu deyil, həm də digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan məsuliyyətsiz davranışdır”, - deyə məlumatda vurğulanıb.

BDYPİ bir daha sürücülərin diqqətinə çatdırır ki, ötmə əməliyyatı yalnız qarşıdan gələn nəqliyyat vasitəsinin olmadığı, görünüş məsafəsinin kifayət qədər aydın göründüyü və manevrin təhlükəsiz başa çatdırılmasının mümkün olduğu hallarda, eləcə də qanunla qadağan edilməyən yol sahələrində həyata keçirilməlidir. “Unutmayaq, təhlükəsiz hərəkət qaydalara əməl etməklə mümkündür!”, - deyə məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно


196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.