• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Praqada Azərbaycan və Özbəkistanın turizm potensialı təqdim edilib

27-10-2025, 13:00 | Baxılıb: 231
“Praqada Azərbaycan və Özbəkistanın turizm potensialı təqdim edilib

Azərbaycan ilə Özbəkistan arasında genişmiqyaslı “İpək Yolunun əsas məkanları” layihəsi çərçivəsində Praqada birgə yol şousu keçirilib. Tədbir Avropanın altı şəhərini - Frankfurt, Vyana, Sürix, Budapeşt, Praqa və Barselonanı əhatə edən Avropa turunun bir hissəsi olub.

Diaspor.info xəbər verir ki, təşəbbüs Azərbaycan Turizm Bürosu (ATB) və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd iki ölkənin mədəni, tarixi və təbii turizm potensialını təşviq etmək, Böyük İpək Yolu boyunca birgə marşrutlar hazırlamaq və tur operatorlarının peşəkar əlaqələrini gücləndirməkdir.

Tədbirdə turizm komitələrinin, təbliğat mərkəzlərinin, otel şəbəkələrinin nümayəndələri, eləcə də Çexiyanın tur operatorları və müvafiq təşkilatların rəhbərləri iştirak ediblər.

Təqdimat zamanı Azərbaycan və Özbəkistan nümayəndələri iki ölkənin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş əsas turizm məkanlarını təqdim ediblər. Xüsusi diqqət ekoturizmin, qastronomiyanın, xizəkçiliyin, sağlamlıq və mədəni turizmin inkişafına yönəldilib.

Rəsmi sessiyadan sonra B2B toplantısı keçirilib. Burada Özbəkistan, Azərbaycan və Çexiyadan olan tur operatorları əməkdaşlıq perspektivlərini müzakirə edib, birgə turizm məhsullarının hazırlanması üçün təkliflər mübadiləsi aparıblar.

Tədbir Çexiyanın turizm ictimaiyyəti və mediasında böyük maraq doğurub. İştirakçılar qeyd ediblər ki, Azərbaycan və Özbəkistan hazırda zəngin tarixin müasir infrastruktur və yüksəkkeyfiyyətli turizm xidmətləri ilə ahəngdar şəkildə qovuşduğu müasir, təhlükəsiz və qonaqpərvər ölkələr kimi qəbul edilir.скачать dle 10.6фильмы бесплатно


231

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.