• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil”

28-10-2025, 19:00 | Baxılıb: 221
“Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil”

Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil” proqramında
Dünya azərbaycanlılarının proqramı olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yaponiyada çəkilib və veriliş bu ölkənin məşhur azərbaycanlı alimi Xəlil Kələntərə həsr edilib. Xəlil Kələntər 40 ildən çoxdur ki, Yaponiyada yaşayır. O, təhsilini Yaponiyanın Toyohaşi Texnologiya Universiteti, Nagoya Universiteti və Tohoku Universitetlərində alıb. Soydaşımız ilk elmi dərəcəsini Toyohaşi Texnologiya Universitetində, ikinci elmi dərəcəsini isə Tohoku Universitetində alıb.
Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. LCD işıqlandırılmasında istifadə olunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. Soydaşımız hazırda dünyaca məşhur şirkətlərin birində baş tədqiqatçıdır.
Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınan Xəlil Kələntərə bu sahələrdə apardığı geniş tədqiqatlara görə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.
Xəlil Kələntərə həsr olunan veriliş Diaspor TV-də və İctimai TV-də yayımlanıb. Xatırladaq ki, “Vətən uzaqda deyil” verilişi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsidir və artıq 8 ildir ki, İctimai TV-də də yayımlanır.
Verilişi aşağıdakı linkə daxil olaraq izləmək olar:скачать dle 10.6фильмы бесплатно


221

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.