• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

30-10-2025, 09:00 | Baxılıb: 315
“BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün hərəkət iştirakçılarına yağışlı və çiskinli hava şəraiti ilə bağlı müraciət edib.

İdarədən Diaspor.info-ya bildirilib ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

Yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir. Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin.

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırır.

Unutmayaq: yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir”.скачать dle 10.6фильмы бесплатно


315

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.