BALAKƏNDƏ 50 YAŞLI, SAÇLARI AĞARMIŞ, XARİCİ VƏTƏNDAŞ AZYAŞLINI AİLƏ QURMAQ ÜÇÜN QAÇIRDI VƏ YERLİ POLİS ONU QIZ QAÇIRMAĞINA PEŞMAN ETDİ.
AZƏRBAYCANDA VƏTƏNDAŞ ÖZ POLİSİNƏ MƏHZ BUNA GÖRƏ GÜVƏNİR, BİLİR Kİ, CİNAYƏT TÖRƏDİLİBSƏ ONU İSTİ İZLƏRLƏ AÇA BİLƏN PEŞƏKAR POLİSLƏRİ VARDIR.
Dünən axşam Balakən rayonunda hamının qəzəbinə səbəb olan bir cinayət baş vermişdi.
Belə ki, Samir Rəhimov adlı bir kişi xaricdən gələrək balakəndə yaşayan 17 yaşlı qızı qaçırdıb. Və bununla bağlı, yəni Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Diaspor.info”ya bildirilib ki, Balakən RPŞ-nin keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev isti izlərlə tutularaq istintaqa cəlb olunublar.
Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Diaspor.info
Balakən.