• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Birliyin melodiyası, Zəfərin harmoniyası”

7-11-2025, 17:00 | Baxılıb: 322
““Birliyin melodiyası, Zəfərin harmoniyası”

“Birliyin melodiyası, Zəfərin harmoniyası”
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan xalqının Zəfər Günü münasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində İngiltərədə yaşayan soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun “Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərin harmoniyası) adlı konserti təşkil olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan konsertdə İngiltərədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər – Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova iştirak edib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlı Zəfər tarixi haqqında geniş məlumat verilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin unudulmaz ifadəsini – “Əziz Şuşa, sən azadsan!” ifadəsini bir daha yada salıb, ölkə başçısının qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətini bir daha diqqət mərkəzinə gətiriblər.

“Birliyin melodiyası, Zəfərin harmoniyası”

Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqq səsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla çatdırıblar.
Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz üslubunda improvizasiyaları səsləndirilib.
Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərin yüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb, Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnə diplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər. скачать dle 10.6фильмы бесплатно


322

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.