• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Norveçdə Zəfər coşqusu yaşanıb

7-11-2025, 19:30 | Baxılıb: 278
“Norveçdə Zəfər coşqusu yaşanıb

Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçin paytaxtı Osloda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə “Şanlı Zəfər” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eləcə də Şanlı Zəfərimizə həsr edilmiş videoçarx göstərilib.
Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışaraq bu günün xalqımız və dövlətimiz üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.
Tədbirdə Əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, VII Muğam Televiziya Müsabiqəsinin laureatı xanəndə Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.
Orxan Cəlilovun xalq, türk və estrada, Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifaları xüsusi maraqla qarşılanıb. İncəsənət ustalarının Zəfər ruhunu əks etdirən çıxışları zalda coşqu yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən Arvin Balanjinin pianoda ifası alqışlarla qarşılanıb.
Teleaparıcı, Əməkdar artist Dilarə Əliyeva Zəfərimizə həsr etdiyi monoloqla tədbirə xüsusi rəng qatıb.
Milli geyimdə səhnəyə çıxan rəqqasların çıxışı, geyimlərin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.
Tədbir çərçivəsində rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı sərgisi nümayiş olunub.
Dostluq, qürur və vətənpərvərlik ruhu ilə yekunlaşan tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımıza qonaq ediliblər.

Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçdə Zəfər coşqusu yaşanıb
Norveçdə Zəfər coşqusu yaşanıb
скачать dle 10.6фильмы бесплатно


278

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.