• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası

14-11-2025, 11:00 | Baxılıb: 285
“İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası

İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrənin paytaxt Bern şəhərində 8 Noyabr - Zəfər Gününə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Azadlıq yolu” (“Path of Liberty”) adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə iştirak edib.
Komitə sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasətinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini qeyd edib, Birinci Vitse-prezident Mehriban Əliyevanın milli-mədəni dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə verdiyi mühüm töhfələri xatırladıb.
Komitə sədri dünya azərbaycanlılarının şanlı Zəfərimizin beşilliyini böyük coşqu ilə qeyd etdiklərini, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün uğurlu layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, mədəni diplomatiya dövlətlər arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın dərinləşməsinə və dayanıqlı dostluq münasibətlərinin formalaşmasına mühüm təsir göstərir və xaricdəki Azərbaycan icmaları bütün fəaliyyətlərində bu amilə üstünlük verirlər.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində və xalqımızın humanitar dəyərlərinin tanıdılmasında diasporun əvəzsiz roluna diqqət çəkib, mədəni tədbirlərin ölkəmizin təbliğinə böyük töhfələr verdiyini bildirib.
Xəzər-Alp Cəmiyyətinin rəhbəri Məryəm Qulamova cəmiyyətin həyata keçirdiyi layihələrin ölkələrimiz arasında mənəvi körpülərin qurulmasına təsir etdiyini söyləyib, Azərbaycan mədəniyyətinin Avropada incəsənət proqramları və festivallarla yanaşı, elmi səviyyədə də tanıdılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “Müasirlik və Arxaika: XX əsr Azərbaycan musiqi mədəniyyəti üç imperiya kontekstində” adlı monoqrafiyasının da təqdimatı keçirilib. Müəllif çıxış edərək monoqrafiya barədə ətraflı məlumat verib. Azərbaycanın tarix və mədəniyyətinin çətin mərhələlərdən keçdiyi 200 illik dövründən bəhs edən kitab alman dilinə tərcümə olunub və “Transcript-Verlag (Bielefeld)” nəşriyyatında çapdan çıxıb. Nəşr Azərbaycanın və Almaniyanın bir çox məşhur kitabxanalarına paylanıb.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin l katibi Sara Abbasovanın moderatorluğu ilə baş tutan tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, “Arazbarı”, “Sənsiz” və “Sevgili canan” əsərləri, Elmir Mirzəyevin Xocalı soyqırımına həsr etdiyi “İthaf” əsəri, Almaniyada fəaliyyət göstərən soprano Mara Hüseynova, “Berner Klaviertrio” musiqi qrupunun üzvləri - skripkaçı Roman Filipov, violonçel ifaçısı Pierre Deppe və pianoçu İqor Andreevin çıxışları, Qarabağ Universitetinin dekanı, bəstəkar Türkər Qasımzadənin bəstələri yer alıb. Səsləndirilən əsərlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin dəstəyi, İsveçrədə fəaliyyət göstərən Xəzər-Alp Cəmiyyətinin (Caspian-Alpine Society) təşkilatçılığı ilə baş tutub.

İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası
скачать dle 10.6фильмы бесплатно


285

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.