ZAQATALA SƏHİYYƏSİ İNKİŞAF YOLLARINDA
Son zamanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasında gedən inkişafdan artıq demək olar ki, hər kəs danışır. Rayon sakinləri də, yaxın rayonlardan müraciət edən xəstələr də xəstəxanada görülən işlərin nəticəsindən razılıqlarını bildirirlər. Bu gün Zaqatala xəstəxanası həm xidmət səviyyəsinə, həm də göstərilən qayğıya görə çoxlarının etibarını qazanıb.
İnkişafın ən böyük göstəricisi isə real yeniliklərdir. Son aylarda xəstəxanaya MRT, KT, rəngli rentgen aparatı, doğum şöbəsinin uşaq bölməsi üçün yeni küveyzlər, yeni doğulmuşlar üçün olan Portativ rentgen,eləcə də bir çox müasir tibbi avadanlıqlar gətirilib. Bütün bunlar həm vaxtında diaqnostika, həm də yüksək səviyyədə müalicə üçün böyük imkanlar yaradıb.
Bu işlərin həyata keçirilməsində xəstəxananın direktoru Əfsələddin Buğayevin, inzibati işlər üzrə direktor müavini Cəmal Qardaşovun fədakarlığı və əməyi danılmazdır. Vətəndaşlar tərəfindən onlara edilən təşəkkürlər, xoş sözlər və razılıq fikirləri bunu bir daha təsdiqləyir.
Xüsusilə vurğulamaq lazımdır ki, cərrahi xidmətlərin keyfiyyətinin yüksəlməsində Direktorun Cərrahi işlər üzrə müavini, savadlı və peşəkar cərrah Hacı Lətifovun gəlişi böyük dönüş yaradıb. Onun həyata keçirdiyi laparoskopik əməliyyatların sayının artıq 100-dən çox olması, həm peşəkarlığının, həm də Zaqatala xəstəxanasının imkanlarının genişləndiyini göstərir. Bir çox pasiyent sağlığına qovuşduğunu qeyd edir və buna görə təşəkkürünü bildirir.
Bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasında aparılan yeniliklər nəticəsində təkcə rayon sakinləri deyil, yaxın rayonlardan da xeyli sayda xəstələr buraya müraciət edir. Avadanlıqların yenilənməsi, yeni ixtisaslı kadrların işlə təmin olunması, xidmətin əlçatan və keyfiyyətli olması artıq böyük bir uğurdur.
Bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasında aparılan yeniliklər nəticəsində təkcə rayon sakinləri deyil, yaxın rayonlardan da xeyli sayda xəstələr buraya müraciət edir. Avadanlıqların yenilənməsi, yeni ixtisaslı kadrların işlə təmin olunması, xidmətin əlçatan və keyfiyyətli olması artıq böyük bir uğurdur.
Bu inkişafın əldə olunmasında rol oynayan TƏBİB rəhbərliyinə, xəstəxananın bütün həkim və tibb heyətinə təşəkkür düşür.
Zaqatala xəstəxanası hər gün bir addım da irəli gedir — bu isə həm rəhbərliyin düzgün idarəçiliyinin, həm də bütün kollektivin vicdanlı və peşəkar əməyinin nəticəsidir.
Zaqatala:-İctimai fəal
Vəfa Rəcəbli