• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ağdamın işğaldan azad edilməsinin beş ili tamam olur

20-11-2025, 09:00 | Baxılıb: 190
“Ağdamın işğaldan azad edilməsinin beş ili tamam olur

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 44 gün davam edərək noyabrın 9-da başa çatıb. Bu müddətdə ordumuz 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Bununla da Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Kəlbəcər rayonu 25 noyabrda, Laçın rayonu isə 1 dekabrda heç bir itki verilmədən Azərbaycana qaytarılıb.

Ağdamın işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edərək bu addımın üçtərəfli Bəyanatın nəticəsi olduğunu, rayonun 73 faizinin 27 il işğal altında qaldığını bildirib. Dövlət başçısı qeyd edib ki, Ağdamın geri qaytarılması Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində mümkün olub. Prezident vurğulayıb ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, qarşı tərəf könüllü şəkildə işğal etdiyi torpaqlardan çıxmazdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis olunub. Həmçinin “Ağdamın azad olunmasına görə” medalı yaradılıb və döyüş əməliyyatlarında xüsusi şücaət göstərmiş hərbi qulluqçular həmin medalla təltif ediliblər.

Qeyd edək ki, Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə şəhər və kəndlər tamamilə dağıdılıb, tarixi, mədəni və dini abidələr məhv edilib. 2001-ci ildə işğal zonasına səfər edən amerikalı jurnalist Tomas de Vaal dağıntıların miqyasına görə Ağdamı atom bombası nəticəsində dağıdılmış Xirosimaya bənzədib. Bu səbəbdən Ağdam “Qafqazın Xirosiması” adlandırılıb.скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.