• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ali Məhkəmə xarici hökmlərin tanınması ilə bağlı vahid təcrübə müəyyən edib

21-11-2025, 19:00 | Baxılıb: 210
“Ali Məhkəmə xarici hökmlərin tanınması ilə bağlı vahid təcrübə müəyyən edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən Diaspor.info-ya verilən məlumata görə, Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittihama əsasən, şəxs 2007-ci il avqustun 11-də Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib.

Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub. Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.

Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu qiymətləndirməyin vacibliyini qeyd edib. Bu materiallar təqdim edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.

Məhkəmə, həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı prizmasından qiymətləndirilməlidir.Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı, məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi qiymətləndirilib.



Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.