• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb

24-11-2025, 17:00 | Baxılıb: 188
“Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb

Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
ABŞ-nin Mayami şəhərində yerləşən Florida Beynəlxalq Universitetinin Yəhudi muzeyində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycanda dünyaya gələn amerikalı musiqiçi, bəstəkar, yazıçı Ella Leyanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək sülhsevər xalqımızın qədim tarixə və mədəniyyətə malik olduğunu və ölkəmizdə çoxsaylı etnik qrupların birgə, bərabər hüquqlarla yaşadığını xatırladıb. Komitənin fərqli mədəniyyətlər arasında körpü rolunu gücləndirərək soydaşlarımızın yaşadıqları ölkələrin, eləcə də Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirakını hər zaman dəstəklədiyini bildirib. Xalqımızın şanlı Zəfər tarixindən və bu yolda həmrəyliyindən danışıb.
Tədbirin təşəbbüskarı, “Leylanın Skripkası” filminin müəllifi və prodüseri, “Kimsəsiz səma” kitabının müəllifi, bir sıra Hollivud filmlərində musiqiləri səsləndirilən soydaşımız Ella Leya Azərbaycana olan sevgisini dilə gətirib, uşaqlıq və gənclik illərinin Bakı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Monakoda keçirilən kinofestivalda mükafat qazanan “Leylanın Skripkası” filminin Qubada və Bakıda aparılan çəkilişlərindən söz açıb.
Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlı skripkaçı, dünyanın 40-dan artıq ölkəsində səhnəyə çıxan mədəniyyət elçisi və tədqiqatçı Səbinə Rakçeyeva mədəniyyətlərarası körpülərin qurulmasında musiqinin birləşdirici rolunu vurğulayıb. Vətəni Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib. O, Azərbaycan musiqiləri ilə yanaşı, ölkəmizdə yaşayan dağ yəhudilərinin əsərlərindən parçalar səsləndirib.
Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova tədbir iştirakçılarına Floridada Azərbaycan icmasının fəaliyyəti ilə bağlı məlumat verib.
Florida Universitetinin professoru Tyudor Parfit (Tudor Parfitt) çıxışında Azərbaycanda birgə yaşayış ənənələri barədə faktları və fikirlərini diqqətə çatdırıb.
Yəhudi muzeyinin maarifləndirmə, tədqiqat və əməkdaşlıq proqramları üzrə məsul şəxsi Boaz Levi (Boaz Levy) Azərbaycanın tanıdılması üçün bu görüşün yaratdığı imkanları yüksək qiymətləndirib. Muzeyin icraçı direktoru Syuzan Qledston Pasternak (Susan Gladstone Pasternack) isə bu tədbirdə Azərbaycan haqqında yeni məlumatlar öyrəndiyini və belə görüşlərin Amerika ictimaiyyəti üçün çox faydalı olduğunu söyləyib.
Daha sonra “Leylanın Skripkası” filmi nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri mövzusunda müzakirələr Mayami Universitetində növbəti gün də davam etdirilib. Ella Leya və Universitetinin dini tədqiqatlar üzrə professoru Henri Qrin (Henry Green) tələbələrə Azərbaycan və onun sosial-mədəni həyatı, multikultural ənənələri ilə bağlı məruzə oxuyublar.

Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb
скачать dle 10.6фильмы бесплатно

188

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.